Bakı-Qazax magistral yolunda qəza baş verib

20:02 4 Sentyabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

[ 04 Sentyabr 2015 20:01 ]


Goranboy. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Tapdıq Ələkbərov idarə etdiyi “LADA Priora” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itib və avtomobil yolun kənarında dəmir lövhəyə çırpılıb. Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/395733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR