x
Loading...

Nəzarət buraxılış məntəqəsi silahlı hücuma məruz qalıb

Nəzarət buraxılış məntəqəsi silahlı hücuma məruz qalıb
21:31 5 Sentyabr 2015
74 Digər
Ölkə mətbuatı
A- A+
.

Tacikistanın paytaxtı Düşənbənin girişində nəzarət buraxılış məntəqəsinə silahlı hücum edilib.

ANS PRESS-in məlumatına görə, bu haqda tacikistanın Daxili İşlər Nazirliyindən Rusiya mətbuatına məlumat verilib. Məlumatda bildirilib ki, yerli vaxtla təxminən saat 17:50-də naməlum adamların silahlı qrupu Düşənbənin şərqində polis blokpostunu güllələyib.

İlkin məlumatlara görə, hadisə baş verən zaman orada olan milis işçilərinin hamısı həlak olub. Lakin onların sayı dəqiqləşdirilməyib.

Şahidlərin sözlərinə görə isə hücum nəticəsində hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, bir neçə insan yaralanıb.



Ölkənin yeli radiosu olan "Azadlıq Radiosu" öz növbəsində bildirib ki, milislərin arasında zərər çəkən yoxdur. "Avtomobildə olan naməlum silahlı şəxslər Vəhdət şəhərinə qaçıblar. Güc strukturları onları təqib edir",- deyə bildirilib.

Sentyabrın 4-də Vəhdət şəhərinin Daxili İşlər Nazirliyinin bölməsinə və respublika Müdafiə Nazirliyinin mərkəzi aparatının binasına hücum olub. Nəticədə hüquq-mühafizə orqanlarının 9 əməkdaşı həlak olub. Ölkənin Daxili İşlər Nazirliyinin saytında təşkilatçı olaraq Abdulhəlim Nazarzodanın adı çəkilir. O, Tacikistanda fəaliyyəti qadağan edilmiş İslam İntibahı Partiyasının üzvü olub. 2014-cü ilin yanvar ayından isə ölkənin müdafiə nazirinin müavini təyin edilib.

Hadisə ilə əlaqədar respublika ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib. Silahlı hücumda iştirak edənlərdən 5 nəfər həbs edilib və onlardan xeyli sayda silah-sursat, partlayıcı maddə götürülüb.


Həbs edilənlərdən götürülən silah-sursat

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR