Ermənilərin Qarabağdan qaçmasına hazırlıq gedir

Ermənilərin Qarabağdan qaçmasına hazırlıq gedir
06:06 6 Sentyabr 2015
72 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda iki gün əvvəl başlayan “İldırım-2015” komanda-qərargah təlimləri çərçivəsində maraqlı ssenarilər sınaqdan keçirilir.

Təlimlər çərçivəsində İrəvan yaxınlığındakı “Nubaraşen” təlim poliqonunda qaçqınlar üçün şərti çadır düşərgəsi salınıb.

Bundan əvvəl isə Ermənistanın Azərbaycanla sərhəd yaşayış məntəqələrindən əhalinin kütləvi evakuasiyası, habelə İrəvandakı mühüm obyektlərin əməkdaşlarının təcili köçürülməsi sınaqdan keçirilmişdi.



Bütün bunlar düşmən ölkədə Azərbaycanla mümkün irimiqyaslı müharibə zamanı başlarına nə gələcəkləri barədə aydın təsəvvürlərin olmasından xəbər verə bilər.

Xəbərlərə görə, İrəvan yaxınlığında qurulan çadır düşərgəsində həyatı və sağlamlığı üçün təhdid yarandığına görə “başqa dövlətdən” Ermənistana gedən qaçqınlar üçün nəzərdə tutulub. Həmin şərti “başqa dövlət”in adı göstərilmir. Ancaq sezmək çətin deyil ki, söhbət məhz qondarma “DQR”dən gedir. Əks halda hansı “xarici dövlətin” əhalisinin Ermənistana kütləvi sığınmasından söhbət gedə bilərdi? Xüsusən də təlimlərin ssenarisinə Azərbaycanla sərhəd bölgələrdən əhalinin evakuasiyasının daxil edildiyi nəzərə alınarsa...

Ermənistanın Miqrasiya Xidmətinin rəsmisi Petros Ağababyan deyib ki, ölkə qanunlarına görə, həyatı və sağlamlığı üçün təhdid yaranan qaçqınlara müvəqqəti sığınacaq verilir. Bu məqsədlə müvəqqəti düşərgədə bütün zəruri xidmətlər yaradılıb.



Ermənistanda keçirilən təlimlərdə Azərbaycanla sərhəd ərazilərdən əhalinin evakuasiyası, Qarabağdan qaçan ermənilər üçün düşərgənin salınması kimi elementlərin yer alması bütün təmas xətti boyu şiddətli mövqe döyüşlərinin getdiyi bir vaxtda baş verir.

Bu elementlər onu göstərir ki, tammiqyaslı müharibənin başlayacağı təqdirdə Azərbaycan ordusunun döyüş əməliyyatlarını işğalçı ölkənin ərazisinə keçirə biləcəyini, o cümlədən Dağlıq Qarabağdan ermənilərin kütləvi qaçışının mümkünlüynü Ermənistanda nəzərə alırlar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=359994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR