İbrahim Tatlısəs: "Allahım da mənə vurmaz"

İbrahim Tatlısəs: "Allahım da mənə vurmaz"
20:52 6 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs son günlər yaşanan hadisələrlə bağlı səssizliyini pozaraq "uşaqlara sahib çıxmaq lazımdır" deyib.

Milli.Az anspress-ə istinadən bildirir ki, öz uşaqlarını nümunə göstərən Tatlısəs "hər şey uşaqlarımız üçün" açıqlamasını verərək, sosial media hesabından şəkil paylaşıb.

Müğənni "uşaqlarımız olmasa yaşamağın nə mənası var" deyib. "Yemək, içmək, yatmaq, onları eşitmək, başa düşmək, onlarla mehribanlıq içində yaşamaq daha yaxşıdır. Öz uşaqlarımdan heç birinə bir sillə belə vurmamışam. Allahım da mənə vurmaz, İnşallah... Əllbəttə, hərdən hirsləndiyim, əsəbiləşdiyim hallar da olur. Amma həddindən də çox əsəbiləşmərəm, inşallah", - deyə İbrahim Tatlısəs bildirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/367398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR