İnterpol əməkdaşları üçün beşgünlük təlim keçirilib

İnterpol əməkdaşları üçün beşgünlük təlim keçirilib
10:06 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

İnterpol beynəlxalq polis təşkilatı kibercinayətkarların təkmil texniki vasitələrdən, kriptovalyutadan (virtual pul) istifadə etdiyi yeni iş şəraiti ilə ayaqlaşmaq üçün səylər göstərir.
 
Təşkilat əməkdaşların təlimatlandırılması məqsədilə beşgünlük treninq keçirib. Təlim zamanı tədris kriptovalyutası buraxılıb və "Silk Road” nümunəsi üzrə narkotik məşğələləri mağazası istifadəyə verilib. Bu, belə didaktik materialların tətbiq edildiyi ilk təlimlərdir.
 
Treninq zamanı İnterpol əməkdaşları qarşısında gizli fəaliyyət göstərən mağazanın aşkar edilməsi və onun işinin dayandırılması vəzifəsi qoyulub. Treninqlərin təşkil edilməsi əməkdaşlara “Tor” şəbəkəsinin texniki infrastrukturundan xəbərdar olmağa, iş üçün lazım olan alətləri öyrənməyə kömək edir.
 
Treninq təşkilatın "Interpol Global Complex for Innovation” (IGCI) bölməsi tərəfindən təşkil edilib, - “Xaker” yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38561-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR