"Youtube" tarixinin ən çox izlənilən klipləri

"Youtube" tarixinin ən çox izlənilən klipləri
10:31 7 Sentyabr 2015
50 Şou
Ölkə mətbuatı
A- A+

"Youtube" sosial şəbəkəsi artıq 11-ci ildir ki, dünyanın ən məşhur video şəbəkəsidir.

Getdikcə izləyici sayının fantastik həddə çatması baxılan videoların da baxış sayını artırır. "Youtube"da ən çox baxılan musiqi klipi hazırda koreyalı müğənni Psy-nin "Gangnam Style"idir. Klipin baxış sayı 2 milyardı keçib.
 
Video şəbəkənin tarixində milyardı keçən ilk klip də məhz budur.



İkinci yerdə isə Castin Biberə dünya şöhrəti gətirən "Baby" mahnısıdır. Qəribədir ki, bu mahnı həm də ən çox "dislike" alanlar siyahısındadır.



Son iki il ərzində dünya müğənnilərini həm keyfiyyət, həm də fanat sayına görə üstələyərək bütün mükafatları qazanan Teylor Svift isə bu yaxınlarda milyardı keçdi.



Onunla həm sənətdə, həm də bəzən sosial şəbəkələrdə rəqabətə girən Keti Peri də milyardı son bir həftədə keçib.



Həm də iki mahnısı eyni zamanda...



Enrikie İqlesiasın "Bailando" klipi də sürətli şəkildə bu rəqəmə çatanlardandır.



Teylor Sviftin daha bir klipi...



Meqan Trainor da milyardı yeni keçib...



Bruno Marsın bu klipi isə artıq milyardın bir addımlığındadır.



Eləcə də LMFAO və digərləri...








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=36623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR