Sən tək deyilsən (FOTO)

Sən tək deyilsən (FOTO)
14:36 27 Dekabr 2014
92 Digər
Ölkə mətbuatı
A- A+

Bir qrup tələbənin təşkilatçılığı ilə uşaqlar üçün "Sən tək deyilsən" adlı Yeni il şənliyi təşkil edilib.

ANS PRESS-in məlumatına görə, qrup fəalları Vüqar Əhmədov, Məsud Qurbanov və Vəli Nəsibovun fəal təşkilatçılığı ilə keçirilən tədbir sayca ikincidir. Şənliyə Pirallahıdakı Uşaq Reabilitasiya Mərkəzində qalan və müalicə olunan uşaqlar dəvət olunub.

Paytaxtdakı restoranlardan birində keçirilən tədbirdə müğənni Çingiz Mustafayev, Şölə Səfərəliyeva, “Yeni ulduz” Anar və bir sıra başqa gənc müğənnilər iştirak edib. Bundan başqa, şənlikdə uşaqlar üçün viktorinalar, müxtəlif oyunlar təşkil edilib, nağıl personajları və yeni ilin atributu sayılan Şaxta baba uşaqları əyləndirib.

Tədbirin sonunda Şaxta baba uşaqlara hədiyyələr paylayıb. Tələbə gənclərin növbəti belə tədbiri 2015-ci ilin mart ayında Novruz bayramı ərəfəsində keçiriləcək.































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR