Bakı, 11 sentyabr, AZƏRTAC
ABŞ-ın Los-Anceles şəhərindəki restoranların birində 6 nəfəri girov götürən silahlı şəxs polisin keçirdiyi əməliyyat zamanı öldürülüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, restoranın yerləşdiyi küçənin bir hissəsi mühafizə altına alınıb. Iaşə müəssisənin qarşısında çox sayda polis, həmçinin təcili tibbi yardım maşınları dayanıb.
Bir qədər əvvəl polisdən qaçmağa çalışan naməlum şəxsin restorana soxularaq müştərilərin bir hissəsini girov götürdüyü bildirilirdi. Bundan sonra polis restoranı mühasirəyə alıb və cinayətkarla danışıqlar aparmağa cəhd edib. Bu da nəticəsiz qaldığından, insanları girov götürən şəxsin zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyat keçirilib.