İngiltərənin "Tottenhem" klubunun hücumçusu Emanuel Adebayor komandasına kömək edə bilməyəcək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb oyuncunun komandadan ayrılmasıdır. Toqolu futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Qeyd edək ki, 2012-ci ildən London klubunun şərəfini qoruyan Adebayor 54 oyunda 18 dəfə fərqlənib.
Milli.Az