Binni və yoruba xalqlarının yaşadıqları Benin 14-cü əsrdən 19-cu əsrədək krallıq idi.
Kral ailəsi bu ölkədə indi də var, amma heç bir real hakimiyyətə malik deyil.
Milli.Az ABC-yə istinadən bildirir ki, Toqo və Nigeriya ilə həmsərhəd olan Benində indi kral ailəsinə mənsub olduqlarını deyən 1200 nəfər yaşayır.
Onlar maşınlarda, əllərində çətir tutaraq dolaşır, dəbdəbə ilə geyinməyə çalışırlar. Övladlarına da təbii ki, "şahzadə" deyirlər.
Lakin kral ailəsinin mənsubları və şahzadələrin əksəriyyətinin gündəlik qazancı 1 dollardan artıq deyil.
Məşhur fransız fotoqraf Erik Laforq Benini dolaşaraq "kral ailəsi mənsubları"nın fotolarından ibarət seriya hazırlayıb.
Milli.Az









