Əməkdar artist Aybəniz Haşımova xəstəxanadan evə buraxılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni xəstəliyini gizlətməsinin səbəbini açıqlayıb:
"Əziz və çox sevdiyim tamaşaçılarım, bir neçə gün əvvəl səhhətimdə problem yaranmışdı. Heç kimə bildirməməyimin səbəbi sizi üzmək istəməməyimdir. Çox şükür ki, yaxşıyam və artıq evdəyəm...
Rəşad həkim kimi insanlar belə şərait yaradırlar və onlarda insanlara yüksək diqqət, qayğı göstərirlər. Respublika Diaqnostika Mərkəzinin rəhbərinə və bütün işçi heyətinə təşəkkür edirəm".
Qeyd edək ki, xəstəxanadan verilən məlumatda A.Haşımovanın ürəyində problem olduğu bildirilmişdi.
Milli.Az