Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar solo-konsertə hazırlaşır.

Milli.Az bildirir ki, bu haqda axşam.az-a açıqlamasında Gülyanaq Məmmədova məlumat verib.

O, konsertdə tələbələri ilə birlikdə çıxış edəcəklərini söyləyib:

"Tələbələrimizlə solo-konsert vermək istəyirik. Həm Muğam Mərkəzində, həm də Heydər Əliyev Sarayında planlaşdırmışıq. Mən solo-konserti sevirəm. Bircə təşkilatçılıq tərəfi yorucudur. Bunun üçün bizə yaxşı təşkilatçılar lazımdır. Bir-iki təkliflər var, onları dəyərləndirməyə çalışırıq".

G.Məmmədova yenidən "Leyli və Məcnun" operasında oynamaq istədiyini bildirib:

""Leyli və Məcnun"u iki dəfə oynadım, amma doymadım. Opera teatrının solisti deyiləm. Ona görə də tamaşa olanda təşkilatçılığını da özüm etməli oluram. Bu da çətindir. Başqa tamaşalarda da oynamaq istəyirəm".

G.Məmmədova yay istirahətindən də bəhs edib:

"Bu yayı ürəyimcə keçirdim. Bir az ailəmlə birlikdə İstanbulda qaldıq. Daha sonra isə Şəkiyə yollandıq. İl ərzində uşaqlar üzümüzü görə bilmirlər. Yayda onlarla lazımi qədər vaxt keçirə bildiyim üçün sevinirəm".

Milli.Az