Dünyanın ən varlı adamı: "Axmağam"

Dünyanın ən varlı adamı: "Axmağam"
18:46 29 Yanvar 2015
266 Digər
Ölkə mətbuatı
A- A+

"Xarici dil bilmədiyim üçün özümü axmaq kimi hiss edirəm".

ANS PRESS-in mlumatına görə, bunu dünyanın ən varlı adamlarından biri, amerikalı biznes maqnatı, filantrop, "Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts deyib.

O, sosial media platforması olan "Reddit"də istifadəçilərin suallarını cavablandırıb. Suallardan biri isə "ən böyük peşmanlığınız" nədir?. Bill Qeyts isə cavabında "Xarici dil bilmədiyim üçün özümü axmaq kimi hiss edirəm. Fransızca, ərəbcə və Çin dilini bilmək istərdim" deyib.

Sual-cavabda maraqlı məqamladan biri isə Bill Qeytsin özünün istifadəçilərə verdiyi sual olub. Sualda belə deyilir: "Biz necə edə bilərik ki, daha çox insan başa düşsün ki, xarici ölkələrə yardımın həcmi ABŞ-ın federal büdcəsinin nəinki 25%-ni, heç 10%-ni də təşkil etmir. Bu rəqəm 1%-dən də azdır".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR