Türkiyənin məşhur "Grup seksendörd"ü xalq artisti Zülfiyyə Xanbabayevanın "Qayıt gəl" mahnısını oğurlayıb.
Axşam.az-ın məlumatına görə, bu haqda "Onlar"a açıqlamasında mahnının müəllifi Nailə Mirməmmədli deyib:
"Zülfiyyə Xanbabayevanın oxuduğu, 1993-1994-cü illərdə yazdığım və özümün aranjman etdiyim "Qayıt gəl" mahnısını oğurlayıblar. Türkiyədə "Grup seksendörd" "Acemiler" adı ilə ifa edib".
N.Mirməmmədli daha bir bəstəsinin isə Rusiyada fəaliyyət göstərən müğənni tərəfindən oğurlandığını deyib:
"Eynən mənim ifamı qoyub, üstünə rus dilində sözlər yazıb. Bu, oğurluqdur. Biri var, bir-iki not, biri də var, bütov məzmunu götürüblər. "Pərvanələrin rəqsi" serialının mahnısını Rusiyada çalışan Elay adlı biri götürüb. Əslən azərbaycanlıdır. Bilmirəm, reperdir, yoxsa kim. Hələ də janrını müəyyənləşdirə bilmirəm. Hər yerdə də qeyd edir ki, bu musiqi ilə haraları gəzdim, nə qədər pul qazandım. Mən müəllimlərin üzərimdəki əziyyətini, hörmətini istəyirəm. Onunla əlaqə saxladım, mənə cavabı bu oldu: "Nə serial, nə musiqi? Bu mənim öz mahnımdır. Mən sizi tanımıram".
Milli.Az
Videoları izləmək üçün şəkillərə klikləyin.



