Bakı, 23 sentyabr, Elvin Camalov, AZƏRTAC
Qurban bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, bayramla əlaqədar artıq sərnişinlərin gediş-gəlişində sıxlıq yaranıb.
Bununla bağlı ölkə üzrə bir sıra tədbirlər görülüb. Vağzallarda, stansiyalarda gücləndirilmiş iş rejimi təşkil olunub. Bayram günləri növbəli iş rejimi tətbiq olunacaq, sərhəd keçid məntəqələrində yüklərin qəbulu və təhvili daha sürətlə həyata keçiriləcək və əhalinin sıxlığı nəzərə alınaraq qatarlara əlavə vaqonlar qoşulacaq.