Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC maliyyə hesabatlarının növbəti beynəlxalq auditinə hazırlaşır.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlanılıb.
“Azərkosmos”un beynəlxalq standartlara uyğun auditini keçirəcək şirkətlə müqavilənin oktyabr ayında imzalanması ehtimal edilir.