Lotereyada 25 milyon avro uddu

Lotereyada 25 milyon avro uddu
00:01 28 Dekabr 2014
115 Digər
Ölkə mətbuatı
A- A+

Belçika sakini “Euromillions” lotereyasında 25 milyon avrodan çox pul udub.

ANS PRESS-in məlumatına görə, bu ilin iyul ayında başqa bir belçikalı cekpotda 68 milyon avro qazanmışdı.

KİV-in məlumatına görə, lotereya oyunlarının vurgunu olan belçikalılar bir tiraja orta hesabla 3-5 milyon avro xərcləyirlər.

Lotereyanın indiyədək keçirilidiyi dövr ərzində krallığın 26 sakini əsas mükafatın qalibi olub. Onlar toplam olaraq 789 milyon avro alıb.

“Euromillions”un qaydalarına görə, çekpot sahibi anonimliyi saxlamaq hüququna malikdir.

Qəfildən böyük məbləğlərin sahibi olmuş sadə avropalıların böyük əksəriyyəti adının gizli saxlanmasına üstünlük verir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=316709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR