Tanınmış simaların yer aldığı "Qız atası" serialı artıq ikinci mövsümünə start verib. Komediya janrında olan serialın ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov və Tərlan Nur-Yaşardır. Baş prodüseri tanınmış gülüş ustası Elməddin Cəfərov, quruluşçu rejissoru isə Ramin Hacıyevdir.
Dörd qızını ərə verən Vidadi (Teymur Məmmədov) və Nəzakətin (Mətanət Əliverdiyevanın) hər həftə başlarına gələn maraqlı, gülməli və qeyri-adi vəziyyətləri görmək istəyirsinizsə, onda hər həftənin şənbə günü ATV-nin efirində, saat 21:30-da nümayiş olunan "Qız atası" serialına baxmağı unutmayın.
Qeyd edək ki onlardan əlavə, serialda bir çox tanınmış aparıcılar - Nərgiz Məmmədova, Xəyalə Quliyeva, Ülviyyə Xəlilbəyli, aktyorlar Tərlan Nur-Yaşar, Əkbər Əlizadə, Azər Axşam və müğənni Coşqun Viləş də rol alıblar.
"Qız atası"nın aktyorlarından biri Əkbər Əlizadə Milli.Az-a serialla bağlı fikrlərini bölüşüb: "Mənə bir çox seriallardan təklif gəlmişdi. Lakin mən özümü o seriallarda görmədiyim üçün getmədim. Və "Qız atası" serialından təklif gələndə çox sevinərək qəbul etdim. Çünki keçən mövsüm 1 seriyasında qonaq olaraq iştirak etmişdim və çox sevinmişdim. Ona görə hisslərim qəbul etməyimi söylədi. Çünki orada kollektiv gözəldir və aktyora münasibət çox yaxşıdır. Bu serialdan çox zövq alıram. Ümid edirəm ki, bu serialdakı rolum uğurlu olacaq və tamaşaçılar tərəfindən seviləcək. Komandamıza və özümə uğurlar arzulayıram. İnanıram ki, "Qız atası" serialı digər serialları kölgədə qoyacaq".
Milli.Az