ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən toplantısına qatılan Azərbaycan nümayəndə heyəti “Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında münaqişənin sülh yolu ilə nizamlanmasına dair prinsiplər” adlı yazılı sənəd yayıb.
APA-nın Helsinkidəki müxbirinin verdiyi məlumata görə, sənəddə bildirilir ki, Azərbaycan münaqişənin siyasi vasitələrlə və konstruktiv şəkildə həll olunmasının tərəfdarıdır: “Lakin Azərbaycan heç vaxt öz ərazi bütövlüyünü güzəştə getməyəcək, və Ermənistan tərəfinin tətbiq etməyə çalışdığı “gerçəkləşmiş fakt”a əsaslanan qərarları qəbul etməyəcək. Bu münaqişə yalnız ərazi bütövlüyünə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycanın tərkibində birlikdə dinc yaşaması, demokratiya və inkişafdan bərabər şəkildə yararlanması çərçivəsində həll oluna bilər”.
Sənəddə qeyd olunur ki, münaqişənin nizamlanması prosesinin son hədəfi Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunun hüquqi əsas və modellərinin müəyyənləşdirilməsidir: “İstənilən statusun müəyyənləşməsi prosesi regionun bütün əhalisinin, xüsusilə də azərbaycanlı və erməni icmalarının birbaşa, tam və bərabərhüquqlu iştirakı ilə normal sülh şəraitində, onların Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqəsi və xüsusilə də hüquqi və demokratik proses çərçivəsində keçirilməlidir. Dağlıq Qarabağ və ətraf rayonların işğalının davam etdiyi bir vaxtda Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlmiş cəhdlər və Azərbaycan əhalisinin məcburi köçürülməsi ümumbəşəri və Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsiplərinə ziddir. Bu cür cəhdlər etnik təmizləmə siyasətini legitimləşdirmək və Azərbaycana münasibətdə “gerçəkləşmiş fakt”ı tətbiq etmək məqsədi daşıyır”.
Sənəddə bildirilir ki, Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində özünüidarəetmə statusu əldə etməsi ilə bağlı danışıqlar mərhələsinə keçməzdən əvvəl bir sıra mühüm addımlar atılmalıdır. Bu addımlar aşağıdakı şəkildə ifadə olunub:
• Hərbi təcavüz amili münaqişənin nizamlanma kontekstindən çıxarılmalı, Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Ərazilərin geri qaytarılması prosesinin ləngiməsi onsuz da mürəkkəb olan nizamlanma prosesini daha da çətinləşdirə bilər.
• Məcburi köçkünlər təhlükəsiz şəkildə və ləyaqətlə Dağlıq Qarabağ və ətraf bölgələrdəki daimi yaşayış yerlərinə qayıtmalıdır.
• DaĞlıq Qarabağın iki icması arasında əməkdaşlığa şərait yaradılması üçün xüsusi barışıq və dözümlüllük proqramları həyata keçirilməlidir.
• Regionda bütün kommunikasiya xətləri qarşılıqlı istifadə üçün açıq olmalıdır.
• Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra regionun bərpasına və iqtisadi inkişafına başlanmalıdır.
Azərbaycan ATƏT XİN Şurasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair prinsiplərin əks olunduğu yazılı sənəd yayıb - YENİLƏNİB
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tbilisi - Bakı qatarı gecikmə ilə yola düşüb
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Dostluqda etibarsız hesab edilən bürclər
Bu gün
·
01:15
Türkiyə Fransaya uduzdu - UEFA Millətlər Liqası
Bu gün
·
00:47
Zelenskinin Moskvaya dəvət edilməsi xəbəri təkzib olundu
Bu gün
·
00:24
İran ABŞ-yə yeni plan təqdim etdi
Dünən
·
23:49
Məcnun Məmmədov panel sessiyada çıxış etdi
Dünən
·
23:37
Fatih Terimdən “Qalatasaray”a dönüş mesajı
Dünən
·
23:09
Prezidentin ali rütbə verdiyi şəxs kimdir? - DOSYE
Dünən
·
23:01
Salah "Trabzonspor"a milyonlar qazandırır
Dünən
·
22:52
27 Sentyabr: Vətən müharibəsindən Böyük Qayıdışa
Dünən
·
22:44
"Real"dan ayrılan futbolçu bu kluba transfer oldu
Dünən
·
22:35
Səidcəmşid Cəfərov Avropa çempionu oldu
Dünən
·
22:03
Dursun Özbek Okan Burukla bağlı qərarını açıqladı
Dünən
·
21:47
Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə görüşdü
Dünən
·
21:25
Yeni qayda bu kartlara aid edilmir - Rəsmi
Dünən
·
21:11
"Fənərbaxça"nın transfer hədəfi bəlli oldu
Dünən
·
20:42