Azərbaycanda oğlanların sayı çoxluq təşkil edir (VİDEO)

Azərbaycanda oğlanların sayı çoxluq təşkil edir (VİDEO)
02:26 29 Sentyabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Son dövrlər Azərbaycanda ailələr oğlan uşaqlarına üstünlük verirlər.

ANS TV-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə əhalisinin sayı 2015-ci il yanvarın 1-nə kimi 9 milyon 593 min nəfər olub. Ümumi sayın 49,7 faizi kişilərin, 50,3 faizi isə qadınların payına düşür. Bu isə hər min kişiyə 1009 qadının düşməsinə gətirib çıxarır. 25 yaşdan aşağı əhali arasında isə kişi cinsinin say üstünlüyü nəzərəçarpandır.

Bioloji normaya əsasən, hər doğulan 100 qıza 105 oğlan düşsə də, son illərdə bu nisbət 100-ün 116 ya olub. Bunun bir çox səbəbi var.

Bunlardan ən birincisi, ilk övladı qız olan valideynlərin əksəriyyətinin sonrakı övladının oğlan olmasını istəməsi, əks halla qarşılaşdıqda çıxış yolu kimi aborta üstünlük vermələridir.

Əksər ölkələrdə oğlan uşağı soyadın daşıyıcısıdır, ailəyə maddi dəstək verəndir. Belə inanc var ki, qızlar bu vəzifələrin öhdəsindən gələ bilməzlər. Təbii ki, bu bir sterotipdir.

Psixoloq Elnur Rustəmov qız uşaqlarına qarşı mənfi fikirlərin daha çox əyalətlərdə olduğunu bildirir.

Şəhərdə əhali arasında aparılan sorğu statistikanın tam əksini dedi.

Baxmyaraq kı, sorğuda iştirak edən vətəndaşlar qız uşaqlarına üstünlük verirlər, amma Ümumdünya Əhali Perspektivləri sənədinə əsasən, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətin pozulması göstəricilərinə görə dünyada ikinci yerdədir.

Birinci yerdə Çin, üçüncü yerdə Ermənistan, dördüncü yerdə isə Gürcüstandır. Bununla yanaşı, 4 yaş arası qrupda oğlanlar qızlardan 10% çoxdur.

Sosioloq Əhməd Qəşəmoğluhesab edir ki, qadınla kişi arasındakı say nisbətinin dəyişməsi ciddi demoqrafik problem olmasa da, qadınların aborta getməsi və ya məcbur edilməsi onların mənəvi və psixoloji zərbəyə məruz qalması ilə nəticələnir.

Həkim ginekoloq Gülnarə Sultanqızının sözlərinə görə, əvvəllər qız uşaqlarının abort etdirilməsi çox olsa da, son bir ildə cinsi selektiv abortlarların sayı azalıb.

Hər halda problem var və həlli də öz əlimizdədir. Unutmayaq ki, indi hər kəsə önəmsiz təsir bağişlayan selekttiv abortlar illər sonra ciddi bioloji pozuntuya səbəb ola bilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=361502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR