Millət vəkili: "Elman Mehdiyev deyir ki, mən o fikri işlətməmişəm"

Millət vəkili: "Elman Mehdiyev deyir ki, mən o fikri işlətməmişəm"
11:37 29 Sentyabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

"Pensiya yaşının 65-ə qədər artırılması düzgün addım olmazdı".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi-Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

O qeyd edib ki, bu məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevə zəng edib:

"Onunla bu məsələ ilə bağlı danışdım. Elman müəllim dedi ki, elə bir fikir işlətməyib. Yəni o, pensiya yaşının 65-ə qaldırılacağı ilə bağlı hər hansı fikir işlətmədiyini deyir. Sabah bununla bağlı konfrans olacaq, məsələ orada müzakirə olunacaq".

V.Əhmədovun fikrincə, pensiya üçün 65 yaş həddinin gündəmə gəlməsi özü maraq doğurur: "Bu elə-belə məsələ deyil, əhalinin iqtisadi və sosial vəziyyəti var, bunların hamısı hesablanır. Yəqin ki, statistikada müəyyən rəqəmlər var. Bu da onun əsasında yaranıb. Amma bu məsələ hələlik bizə gəlib çıxmayıb. Mən hesab edirəm ki, 63 yaş insanlar üçün yerində qoyulan pensiya həddidir. Elə insanlar var ki, gözləyir, yaşı tamam olsun, pensiyaya çıxsın".

Millət vəkili insanların pensiya yaşının 65-ə qaldırılması ilə bağlı məsələnin devalvasiya ilə heç bir əlaqəsi olmadığını deyib: "Mən bunu müəyyən qədər ümumi dünyada gedən iqtisadi vəziyyətlə əlaqələndirirəm".

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev mətbuata müsahibəsində bildirib ki, çəmiyyətdə, istehsalatda insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır: "Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrü 65 yaşdır. Amma bizim pensiya yaşı kifayət qədər aşağıdır. Təbii ki, bu da bir uyğunsuzluq ifadə edir. Ötən dövrdə biz bu istiqamətdə müəyyən tədbirlər aparmaqla, demoqrafik göstəricilərin tənzimlənməsi üzərində uğurlu bir fəaliyyəti yekunlaşdırmışıq. Amma uzun müddətli perspektiv üçün bizim maliyyə dayanıqlığına nail olmaq məqsədi ilə qeyd edilən istiqamətlərdə tədbirlərin reallaşdırılması zəruriliyi bizim apardığımız aktuar tədqiqatlarla ortaya qoyulub".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/372063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR