Ən yeni bombardmançılar Xəzər üzərindən Suriyaya uçdu - VİDEO

Ən yeni bombardmançılar Xəzər üzərindən Suriyaya uçdu - VİDEO
18:27 29 Sentyabr 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən yeni Su-34 bombardmançılarından ibarət döyüş təyyarələri qrupu Suriyanın Latakiyə şəhəri yaxınlığındakı hərbi aerodroma çatıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə aviasiya tematikası üzrə ixtisaslaşmış "The Aviationist" portalı bildirir.

Bundan əvvəl Qərb kəşfiyyatı Latakiyə aerodromunda Rusiyanın müxtəlif tipli 28 döyüş təyyarəsini və bombardmançılarını qeydə almışdı.

"The Aviationist" məlumat verir ki, radarlardan alınan məlumatlara əsasən, Rusiyanın Su-34 bombardmançıları Suriyanın hava məkanına daxil olmazdan əvvəl Xəzər dənizinin üzərindən uçublar, daha sonra İranın və İraqın hava məkanından keçiblər.

Bombardmançıları Rusiya Hərbi Hava Qüvvələrinin Tu-154 təyyarəsi müşayiət edib.

"Kommersant" qəzeti isə yazır ki, Rusiya Suriyada yerləşdirdiyi aviasiya qruplaşması ilə yanaşı Bəşər Əsəd rejiminə də yeni döyüş təyyarələri satır. Bu müqavilə çərçivəsində Rusiya 2017-ci ilə qədər Suriyaya daha 12 qırıcı verəcək.

ABŞ kəşfiyyatının məlumatlarına görə, Rusiya Suriyanın Tartus limanındakı hərbi bazasını da möhkəmləndirir. Rusiya hərbi gəmiləri durmadan Tartusa yan alır və üzəri brezentlə örtülmüş müxtəlif tipli hərbi texnikanı boşaldır. Latakiyədə yeni yaradılan hərbi bazada isə hələlik 2 min hərbçi yerləşdiriləcək.

Lakin hərbi kontingentin artırılacağı haqda məlumatlar var. Rusiya qüvvələrinin artıq Suriyada Əsədin ordusunun tərəfində döyüşlərə qatıldığı bildirilir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/372174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR