Nigeriyanın paytaxtı Abuca şəhərində bir-birinin ardınca iki partlayış törədilib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində ölənlər var.
İlkin məlumata əsasən, polis məntəqəsi və avtobus dayanacağı yanında yerləşdirilən partlayıcı qurğular yerli vaxtla saat 22:30 radələrində işə salınıb.
Nigeriya fövqəladə hallar Agentliyi ölənlərin olduğunu bildirsə də, onların sayı barədə hələ ki, məlumat verməyib.
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Milli.Az