Xəbərdə bildirlib ki, həkimlər müayinədən sonra əməliyyatla bağlı qərar verəcək.
Xatırladaq ki, sentyabrın 17-də Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan həyat yoldaş və iki yaşlı oğlu ilə birlikdə Azərbaycana sığınıb.
O, Bakıda keçirdiyi mətbuat konfransında Ermənistanda qalan ailə üzvlərinə təzyiq ediləcəyini bildirmişdi.
Bu səbəbdən öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün Ermənistanı tərk etmək qərarına gəldiyinin demişdi. V.Martirosyan Beynəlxalq Qırımız Xaç Cəmiyyətindən ailəsinə yardım etməsini istəmişdi.
Sentyabrın 21-də isə Vaan Martirosyanın həyat yoldaşının anasını çalışdığı hərbi hospitaldakı vəzifədən çxarılıb. Qaynanası Anait Qasparyan 2015-ci ilin sentyabrın 17-dək Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalında işləyib.