Bakı, 15 oktyabr, Elvira Məmmədova, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində işıq üzü görən “Nəticələr, təkliflər, tövsiyələr” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin rəhbəri, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli kitabla bağlı geniş məlumat verib. Bildirib ki, layihə cari ilin aprel-sentyabr aylarında “MİRAS” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihə çərçivəsində iyulun 22-dən 27-dək Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar aparılıb, 135 nəfər arasında sorğu keçirilib.