"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Aksiya təşkilatçıları bildirib ki, "Solidarnost" 2014-cü ildən davamlı olaraq, Rusiyanın Ukraynaya yönəlik siyasətinə qarşı aksiya keçirir.
Moskvanın regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri Aleksey Morozov deyib ki, aksiyanın mövzusu "Ölkədə və dünyadakı mövcud siyasi-iqtisadi və hərbi-siyasi vəziyyətə, eləcə də Rusiyanın xarici siyasətinin bəzi məqamlarına münasibət bildirmək"dir.
Moskva hökuməti oktyabrın 17-də saat 15:00-da (Moskva vaxtı ilə) şəhərin Suvorv meydanında aksiya keçirməyə icazə verib.