Bu gün ad gününü qeyd edən xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə doğum günü təbriklərinə görə təşəkkürünü bildirən müğənni "Bütün təbriklərə görə sizə minnətdarlığımı bildirirəm və yeni mahnımı təqdim edirəm. Hakan Erol (mahnının bəstəkarı) və Leyliyə (sözlərin müəllifi) təşəkkürlər" sözlərini yazıb.

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva 1967-ci ildə Bakı şəhərində anadan olub. Dəniz adlı bir qızı var. Sənətçi 2008-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

Milli.Az