"Qarabağ" və "Qəbələ"nin futbolçularının Avropa çempionatının "pley-off" mərhələsindəki rəqibləri müəyyənləşib.


Fanat.az хəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə "Qəbələ"nin hücumçusu Ermin Zetsin forma geyindiyi Bosniya və Hersoqovina bu mərhələdə İrlandiya ilə qarşılaşacaq.


"Pley-off" mərhələsinin ilk oyunları 12-14, cavab qarşılaşmaları 15-17 noyabrda keçiriləcək.


Qeyd edək ki, "pley-off"un digər oyunlarında Ukrayna Sloveniyanı, İsveç Danimarkanı, Norveç Macarıstanı sınağa çəkəcək.


Fanat.az