Azərbaycan Xəzərdə hərbi fəalığını artırır

Azərbaycan Xəzərdə hərbi fəalığını artırır
13:11 21 Oktyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan “Layihə 22500” çərçivəsində ən yeni gözətçi gəmilərini əldə etməkdə maraqlıdır”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Şimal layihə-konstruktor bürosunun xarici iqtisadi fəaliyyət bürosunun rəhbəri Dmitri Kuroçk deyib.

"Biz Sankt-Peterburqda Azərbaycanın nümayəndə heyəti ilə danışıqlar aparmışıq. Azərbaycan tərəfi bu gəmiləri almaqda çox maraqlıdır",-deyə Kuroçkin bildirib.

Dmitri Kuroçk əlavə edib ki, “Layihə 22500” hələ ki, kağız üzərində mövcud olsa da ,yeni model gəmilərin alışına yüksək maraq var.

Bir müddət əvvəl Azərbaycan tərəfi də hərbi gəmilərin istehsalına başlayacağı barədə açıqlama vermişdi. Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən Şahin Məmmədovda tezliklə Azərbaycanda hərbi gəmilərin inşasına başlanılacağını deyib.


Rusiyaya məxsus hərbi gəmi


Onun sözlərinə görə , bütün layihələr Nazirlər Kabinetinə təqdim olunub: “Yəni həm uzun müdət tələb olunur, həm gəmilərin bizim tələblərə uyğun hazırlanması, həm onların üzərində silahların, texniki vasitələrin, mühərriklərin və s. yerləşdirilməsi, həm də bu gün Xəzərdə qarşımıza qoyulmuş tapşırıqlara uyğun olub-olmamsı ilə bağlı ekspertlər qrupumuz tərəfindən işlər aparılır.

İndi dünyada gəmilərin inşası ilə məşğul olan zavodlarla aparılan işlərin yekun nəticələri var. Bütün layihələr Nazirlər Kabinetinə təqdim olunub. Bu məsələlərin tələblərimzə tam cavab verməsi barədə rəylər, bu işlərin maliyyələşdirilməsi məsələləri həll olunduqdan sonra gəmilərin inşasına dərhal başlanılacaq”.


Şahin Məmmədov - Hərbi Dəniz Qüvvələrinin komandanı


Ş.Məmmədov bildirib ki, bu, 1991-ci ildən müstəqillik qazandıqdan sonra indiyədək Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri üçün tikiləcək birinci gəmi olacaq.

“Gəminin inşası uzun müddət tələb edir. Yəni tikinti müddəti təqribən 1,8-2 il çəkir. Biz əsas işləri görmüşük, amma hələ tikintiyə başlanılmayıb. Xəzər dənizində qarşıya qoyulan bütün tapşırıqları icra etməyə qadir olan hərbi təmayüllü gəmimiz olacaq. Biz bunun üzərində çalışırıq və yaxın gələcəkdə bütün məsələlər həllini tapacaq”.


Azərbaycana məxsus hərbi gəmi

Həmçinin oxuyun: Azərbaycanda hərbi gəmilərin inşasına başlanılır

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=362803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR