Nigeriyada yaraqlıların hücumu nəticəsində 20 nəfər həlak olub

Nigeriyada yaraqlıların hücumu nəticəsində 20 nəfər həlak olub
13:08 22 Oktyabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Nigeriyanın şimal-şərqində “Boko haram” yaraqlılarının hücumu nəticəsində azı 20 nəfər həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yaraqlılar Borno ştatında yerləşən Cinqalta yaşayış məntəqəsi yaxınlığında avtomobil karvanına hücum ediblər.
“Boko haram” (Xausa dilindən tərcümədə “Qərb təhsili haramdır” mənasını verir) Nigeriyanın şimalında və şimal-şərqində fəaliyyət göstərən terrorçu qruplaşmadır. Qruplaşma, həmçinin qonşu ölkələrin – Niger, Kamerun və Çadın ərazisində əməliyyatlar keçiri, Nigeriyanın bütün ərazisində islam əmirliyinin qurulmasına və şəriət normalarının tətbiqinə çalışır. Qərb təhsilinin, demokratiyanın və hakimiyyətin bölünməsi prinsiplərini qəbul etməyən “Boko haram”, eyni zamanda, qərb geyiminə və “yad” mədəniyyətin bütün elementlərinə qarşı çıxır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nigeriyada_yaraqlilarin_hucumu_neticesinde_20_nefer_helak_olub-894923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR