"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Sudana səfər edən Yəmənin səhiyyə naziri Naser Mühsen Baum deyib.
"Demək istəyirəm ki, Ədən, Laxc, Abyan və əd-Dali vilayətlərində yaralananların sayı 12,5 min nəfər təşkil edib. Onların əksəriyyətinə ölkə daxilində tibbi yardım edilib. Marib vilayətində və şimal-şərq cəbhəsində 2 300-dək yaralı olub. Onların çoxu Yəməndə və bizə dost ölkələrdə müalicə olunub", - nazir deyib.
Ölənlərin sayına gəldikdə, N.Baum bildirib ki, Ədəndə və yuxarıda qeyd olunan vilayətlərdə 1 008 nəfər münaqişənin qurbanı olub: "Ümumilikdə, Yəmən üzrə ölənlərin sayı 6 000 nəfəri ötüb".