Əməkdar artist Aybəniz Haşımova arıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "Star life" verilişində xəbər verib.

O, bu yaxınlarda ürəyində problem yarandığını və buna görə həyəcanlandığını bildirib:

"Xəstəliyin bir xeyri oldu ki, yaxşıca arıqladım. Hamı elə bilir ki, plastik əməliyyat etdirmişəm. Bu söz məni narahat edir. Mən plastik əməliyyatdan qorxuram. Xəstələnməyim ağır hadisə idi. Çox qorxdum. Yaxşı ki, ölmədim. Ürəyimdə narahatlıq oldu, təzyiqim yüksək idi. Ciddi bir şey yox imiş. Həkimin müdaxiləsindən sonra ayağa qalxdım".

Milli.Az