Daşkənd, 24 oktyabr, AZƏRTAC
Daşkənddə özbək dilində çap edilən “Alo kayfiyat” ədəbi jurnalında Azərbaycan şairləri - Xanım İsmayılqızı, Maarif Soltan, Rafiq Hümmət, İradə Əlili və Ayaz Arabaçının şeirləri çap olunub.
Poeziya nümunələrini orijinaldan özbək dilinə ədəbiyyatımızın dostu, şair və tərcüməçi Şəhla Qasımova çevirib.
Ş.Qasımova bir neçə ildir ki, Azərbaycan poeziya nümunələrini özbək və rus dillərinə tərcümə edir və bu əsərlər müxtəlif qəzet və jurnallarda çap olunur.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd