ANS PRESS-in məlumatına görə, məşhur müğənni menecerini, həm də anası Coanı işdən çıxardıb. Dünyanın ən seksual xanımlarından hesab olunan Ariana Qrandenin anasının onun işlərinə çox qarışdığı üçün bu qərara gəldiyi bildirilir.
Ariana həmkarı Teylor Svift kimi bütün qərarlarını özü vermək istəyir.
Ümummiyyətlə , Ariana çox tənqid olunan müğənnidir. Bunda onun anasının günahkar olduğu bildirilir. Ariana isə böyümək və artıq qərarları özü sərbəst qəbul etmək istəyir.

Ariana Qrande və anası Coan Qrande
Ariana Qrandenin bu yaxınlarda yeni albomu çıxacaq. Məşhur müğənninin dünya turuna Castin Biberlə çıxacağı gözlənilir.
22 yaşlı Ariana Qrande Amerikada anadan olub. Karyerasna aktrisa kimi başlayıb. 2011-ci ildən müğənniliyə başlayıb. 2013-cü ildə "American Music Awards" mükafatına layiq görülüb. O , ilin ən yaxşı aktrisası seçilib. "MTV Europe Music Awards" tərəfindən isə müğənnin mahnısı ilin ən yaxşısı seçilib.