ANS PRESS-in məlumatına görə, Dünyanın ən məşhur musiqiçilərindən biri olan 68 yaşlı Elton Con və onun həyat yoldaşı 52 yaşlı David Furniş Kaliforniyadan 34 milyon dollara villa alıb. 2001-ci ildə Beverli Hilsdə inşa olunan villanın əsl qiyməti 63 milyon dollar olub. Villanın keçmiş sahibi "Guess" markasının şəriki Arman Marcianodur.

Villanın otaqlarından biri

Villanın böyük salonu
3 mərtəbəli villada 7 yataq otağı, 10 böyük hamam, 12 kiçik hamam , böyük yemək otağı, böyük salon, qulluqçular üçün 3 otaq, mətbəx, kitabxana, zirzəmi, kinoteatr və idman salonu var. 2300 hektarlıq villanın bağçasında 11 maşınlıq qaraj və böyük hovuzu var.

Villanın hovuzu
Elton Conun XX əsrin 70-ci illərindən bu günə qədər bütün dünyada 450 milyondan çox albomu satılıb. Onun sinqllarının nüsxələri 190 milyondan artıq nüsxəylə yayılıb.Onun sərvəti təxminən 413 milyon dollardır.
İngilis pop-rok müğənnisi, bəstəkar, pianoçu cinsi azlıqların nümayəndəsidir. 1993-ci ildə Elton Con və David Furniş tanış olublar. 2014-ci ildə rəsmən evləniblər.