"Star life" verilişi müğənnilər arasında sorğu apararaq həmkarlarının hansı duetini bəyəndiklərini və kiminlə birlikdə oxumaq istədiklərini soruşub.

Axşam.az tanınmışların cavablarını təqdim edir:

Müğənni Emil Bədəlov - Zülfiyyə Xanbabayeva ilə Miri Yusifin "Dostum" duetini bəyənirəm. Özüm isə Brilliant Dadaşova ilə duet oxumaq istəyərəm.

Müğənni İlhamə Qasımova - Elşad Xose ilə Röyanın "Gəl danış" mahnısını bəyənirəm. Mənim duet oxumaq istədiklərim xaricilərdir. Burada isə Pərviz Mahmudovla duet planlaşdırırıq.

Müğənni Niyam Salami - Röya ilə "Ay ürəyim" mahnısını bəyənmişəm. Hara getmişəm, dillər əzbəri olub. Elçin Cəfərovla Sevda Yahyayevanın "Eşq" duetini də toylarda tez-tez eşidirəm.

Müğənni Elariz Məmmədoğlu - Duet deyəndə ağlıma ilk Akif İslamzadə ilə Brilliant Dadaşovanın ifası gəlir. Amma onlar şou-biznes nümayəndəsi sayılmırlar. Özüm isə duet oxumaq istəmirəm.

Müğənni Xəyyam Nisanov - Miri Yusiflə Zülfiyyə Xanbabayevanın "Dostum" duetini xoşlayıram. Bir də Miri Yusiflə Nigar Camalın, Sevda Yahyayeva ilə Zamiq Hüseynovun yeni duetini bəyənirəm. Duetlə bağlı arzularım yavaş-yavaş həyata keçir.

Müğənni Sevil və Sevinc - Miri Yusiflə Zulfiyyə Xanbabayevanın "Dostum" duetini xoşlayıram. Özümüz isə yalnız Ramal İsrafilovla duet oxumaq istəyirik.

Müğənni Xatun Əliyeva - Miri Yusiflə Zülfiyyə Xanbabayevanın mahnısını hamı bəyənir. Eyyub Yaqubovla duet oxumaq üçün ürəyim gedir. O, heç kimlə birlikdə oxumayıb. İstərdim ki, ilk duet ortağı mən olum.

Müğənni Elçin Hüseynov - Röya ilə Tunarın duetinə çox qulaq asırdım. Özüm isə duet istəmirəm. Duet oxumaq istəyəndə elə bilirlər ki, reklam üçün kimdənsə istifadə edirsən.

Milli.Az