Bakı, 10 noyabr, Nihad Budaqov, AZƏRTAC
Bakı Gəmiqayırma Zavodunda təmir edilən “Dədə Qorqud” qazma qurğusunda aparılan yenidənqurma işləri artıq başa çatıb. Bir neçə həftədən sonra qazma qurğusu sahəyə gətirilərək qazma işlərinə başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində bp-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel məlumat verib. O qeyd edib ki, “bp-Azerbaijan” “Dədə Qorqud” üzən qazma qurğusu ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları sahəsində qazma işlərini davam etdirmək niyyətindədir.