Azərbaycanda dişi aslan, pələng balası satanlar var

Azərbaycanda dişi aslan, pələng balası satanlar var
17:32 11 Noyabr 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda itlər pişiklərdən daha çox məşhurdur.

Modern.az saytı xəbər verir ki, pulsuz elanlar internet səhifəsi olan Sovde.az-ın analitikləri istifadəçilərin heyvanların satışı üzrə təkliflərini araşdırıb. Azərbaycanlıların hansı heyvanları daha çox sevdiklərini müəyyən ediblər.

Heyvanların satışı üzrə 8000-dən artıq elandan daha çox təklif itlərə aiddir. "İnsanın dostlarını" təxminən 1700 elanda təklif edirlər. Bu zaman pişikləri təxminən altı dəfə az - yalnız 300 elanda satırlar.

Azərbaycanda ev heyvanları arasında populyarlığına görə quşlar ikinci yerdədir. Müxtəlif quşlar 1100 elanda satılır. Üçüncü yerdə isə balıqlar və digər akvarium sakinləri yerləşir. Akvarium kateqoriyasında təxminən 1000 elan var.

Gəmiricilər azərbaycanlılara az maraqlıdır. Siçovul, dağsiçanı və dəniz donuzlarının satışı üzrə cəmi 10 elan var.

Lakin adi ev heyvanları arasında daha çox ekzotik təkliflərə də rast gəlmək olar. Məsələn, bütün istəyənlərə dişi aslan, pələng balası və ya barmaq ölçüsündə cırtdan meymun almağı təklif edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR