Doyunca yatmamaq qadınlarda böyrəklərin disfunksiyasına səbəb olur

Doyunca yatmamaq qadınlarda böyrəklərin disfunksiyasına səbəb olur
22:33 11 Noyabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Doyunca yatmamaq qadınlarda böyrəklərin funksiyasını poza bilər.
AZƏRTAC mir24.tv saytına istinadla xəbər verir ki, bu nəticə Bostonda Briqam qadın xəstəxanasının alimlərinin uzun illərdir apardıqları tədqiqatlardan hasil olub.
Təcrübə 11 il davam edib və 4 mindən çox qadını əhatə edib. Tədqiqatın nəticələrinə görə, ən azı 5 saat yatanlarla 4 saat yatanlar arasında aparılan müqayisədə böyrəklərin fəaliyyətində vaxtından əvvəl enmə mümkünlüyü 65 faiz az olub.
Mütəxəssislər qeyd edirlər ki, doyunca yatmamaq sağlamlıq üçün digər problemlər də yarada bilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR