Müğənni Könül Kərimova "Hər axşam" verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, ifaçı dəfələrlə depressiyaya düşdüyünü bildirib:
"Çox depressiyaya düşürəm. İnsan adi bir şeyin fikrini çəkirsə, onun üçün psixoloqa getmək lazımdır. Amma bizdə psixoloq yanına getməyi düzgün qəbul etmirlər.
Ona görə də hər zaman tərəddüd etmişəm. Depressiyaya düşəndə, yaxın dostuma müraciət edib, məsləhət almağa üstünlük verirəm. Amma bundan sonra getməyi düşünürəm".
Milli.Az