Tanınmış bəstəkar ailə fotoşəkillərini Əlyazmalar İnstitutuna hədiyyə edib

Tanınmış bəstəkar ailə fotoşəkillərini Əlyazmalar İnstitutuna hədiyyə edib
17:13 12 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Tanınmış bəstəkar Eldar Mansurov ailə arxivində olan fotoşəkillərin elektron variantını və bu yaxınlarda çap etdirdiyi “Mansurovlar” kitabının nüsxəsini Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, E.Mansurovun təqdim etdiyi fotolar toplusunda Mansurovlar nəslinin taixinə dair 81 şəkil vardır. Bəstəkar ailə arxivində saxlanılan digər fotoşəkil və sənədlərin surətlərini də Əlyazmalar İnstitutuna təqdim edəcəyinə söz verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taninmis_bestekar_aile_fotosekillerini_Alyazmalar_Institutuna_hediyye_edib-901422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR