İlhamə Quliyevanın oğlu: "Anam yataq xəstəsi deyil!"

İlhamə Quliyevanın oğlu: "Anam yataq xəstəsi deyil!"
18:51 12 Noyabr 2015
167 Şou
Ölkə mətbuatı
A- A+

Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov anasının böyrəyinin sıradan çıxması haqqında yayılan xəbərləri ANS PRESS-ə şərh edib.

İlhamə Quliyevanın Yerli saytlara böyrəyində çürümə prosesinin getdiyini deməsinə baxmayaraq, oğlu Orxan Nadirov bunu təkzib edib.

Onun sözlərinə görə, həkimlərin müayinəsindən sonra xəstə yatır. O, xalq artistinin şəkərinin qalxdığını və əsəblərinin yerində olmadığını deyib:

“Anamın vəziyyəti normaldı, lakin əsəblə bağlı şəkəri yüksəlib. İlk dəfə eşidirəm böyrək məsələsini belə bir şey yoxdur. Hər şey qaydasındadır. İlhamə Quliyeva yataq xəstəsi deyil, ürəyindən əməliyyat olunub ona əsəbləşmək olmaz sadəcə. Bu hər 6 aydan bir keçirilən profilaktik müalicələrindən biridir”, - deyə ifaçının oğlu əlavə edib.


İlhamə Quliyeva oğlu ilə

Bundan əvvəl İlhamə Quliyeva özü ANS PRESS-ə açıqlama verərək, özünü pis hiss etdiyini bildirmişdi.

İlhamə Quliyeva - Azərbaycanın və Dağıstanın xalq artistidir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə qastrol səfərlərdə olub. Ailəlidir, bir oğlu var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=364640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR