Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçib

04:08 13 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 13 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Əsas Qanunun qəbul edilməsindən ötən 20 il müddətində həyatımızın bütün sahələrində qazanılmış nailiyyətlər Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə demokratiyanın inkişafı, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsidir”.
AZƏRTAC xəbər verir ki, bu fikir noyabrın 12-də Cəlilabad Rayon İcra Hakimiyyətində Konstitusiya Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov sakinləri əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçib.
Müstəqil Azərbaycanın Konstitusiyasının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Ə.Əzizov ümummilli liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışıb, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə köklü islahatların aparıldığını diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi (referendumu) yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edən Ə.Əzizov, bu mühüm tarixi hadisəni Ümummilli Liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu vurğulayıb.
Toplantıda çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasını müstəqilliyimizə, hüquq və azadlıqlarımıza təminat verən ali sənəd kimi qiymətləndiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_Konstitusiyasi_muhum_tarixi_merhelelerden_kechib-901588

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR