Avro bahalaşdı

Avro bahalaşdı
09:42 13 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün noyabrın 12-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

APA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 13-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 12-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% azalaraq 1,0502 manat olub.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0032 manat və ya 0,28% artaraq 1,1334 manata yüksəlib.
 
Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,86% azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR