BMT-nin nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

BMT-nin nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
17:08 13 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
“Məişət zorakılığının qarşısının alınması” mövzusunda beynəlxalq konfransda iştirak edən BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT-nin baş katibinin müavini Babatunde Osotimehin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə əklil qoyulub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_numayende_heyeti_Fexri_xiyabani_ve_Sehidler_xiyabanini_ziyaret_edib-901790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR