Bakı-Sumqayıt-Bakı elektrik qatarının 100 mininci sərnişini bəlli olub

Bakı-Sumqayıt-Bakı elektrik qatarının 100 mininci sərnişini bəlli olub
17:28 13 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən 100 mininci sərnişin bəlli olub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, biletin sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsi, Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Tacan Kərimlidir. “Azərbaycan Dəmir Yolları” QSC Sərnişin daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov Tacan Kərimlini 100 mininci sərnişin olması münasibətilə QSC rəhbərliyi adından təbrik edib, ona biznes-klass vaqonunda bir ay ərzində pulsuz gediş sertifikatını və hədiyyələr təqdim edib.
QSC-dən həmçinin bildiriblər ki, “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artır. Gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Sumqayit_Baki_elektrik_qatarinin_100_mininci_sernisini_belli_olub-901803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR