SOCAR iki estakadayanı meydançanı əsaslı təmirdən sonra istismara verib

SOCAR iki estakadayanı meydançanı əsaslı təmirdən sonra istismara verib
19:03 13 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin istehsalat obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, eləcə də mövcud infrastrukturlarda yenidənqurma işlərinin aparılması məqsədilə təsdiq edilmiş Tədbirlər Proqramına uyğun olaraq 290 və 350 saylı estakadayanı meydançalarda əsaslı təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında təmir olunmuş meydançaların baş podratçısı “Neftqaztikinti” trestidir. Dənizin 14,5 metr dərinliyində yerləşən 290 saylı estakadayanı meydançada həyata keçirilən işlər çərçivəsində 52 ədəd möhkəmləndirici svay vurulub, 6 ədəd metal lövhə quraşdırılıb. Ümumilikdə, 1975 kvadratmetr sahəni əhatə edən meydançanın 1150 kvadratmetrlik hissəsi əsaslı təmir edilib.
350 saylı estakadayanı meydança isə dənizin 16,8 metr dərinliyində yerləşir. Təmir zamanı 31 ədəd möhkəmləndirici svay vurulub və 4 ədəd metal lövhə quraşdırılıb. 1850 kvadratmetr sahəni əhatə edən meydançanın 800 kvadratmetrlik hissəsi əsaslı təmir edilib.
Hər iki estakadayanı meydança Dövlət Qəbulu komissiyası tərəfindən istismara qəbul olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_iki_estakadayani_meydanchani_esasli_temirden_sonra_istismara_verib-901893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR