“Avro-2016”: Bosniya və Herseqovina millisi İrlandiyanı qəbul edəcək

“Avro-2016”: Bosniya və Herseqovina millisi İrlandiyanı qəbul edəcək
21:08 13 Noyabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də futbol üzrə “Avro-2016”nın seçmə mərhələsinin pley-off oyunları çərçivəsində daha bir görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina millisi Zenitsa şəhərində İrlandiya yığmasını qəbul edəcək.
Seçmə mərhələdə “B” qrupunda mübarizə aparan Bosniya və Herseqovina millisi Belçika və Uelsdən sonra üçüncü olmuşdu. Bosniya və Herseqovina millisi tarixində ilk dəfə turnirin final mərhələsinə adlamaq niyyətindədir. İrlandiya yığması isə 1988-ci və 2012-ci illərdə turnirin final mərhələsində mübarizə aparıb.
Görüşdən əvvəl təşkil olunan mətbuat konfransında hər iki komandanın baş məşqçisi İrlandiya komandasının heyətindəki ciddi itkilərlə bağlı danışıb.
Son altı matçın beşində qələbə qazanan Bosniya və Herseqovina millisinin baş məşqçisi Mehmed Bazdareviç deyib: “Rəqibin heyətində zədəli futbolçularla bağlı problemdən xəbərdarıq. Amma bu, bizim oyunla bağlı planımızı dəyişməyəcək. Razıyam, itkilər onların oyununa təsirsiz ötüşməyəcək. Meydana adət etdiyimiz 4-3-3 sxemi ilə çıxacağıq”.
İrlandiya yığmasının baş məşqçisi Martin Onil bildirib ki, həftə ərzində bizim itkilərlə bağlı danışılıb. Halbuki təlim-məşq toplanışına gəlməzdən əvvəl zədəli və cəzalı futbolçularımızın olduğunu bilirdik. Bütün bunlar oyuna təsir edəcək. Ancaq iki həftədən sonra heç kim zədəli futbolçuları yada salmayacaq. Çətinliklərə sinə gəlmək lazımdır.
Qeyd edək ki, Bosniya və Herseqovina – İrlandiya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avro_2016_Bosniya_ve_Herseqovina_millisi_Irlandiyani_qebul_edecek-901961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR