Dünyanın ən əyləncəli şəhəri Los-Ancelesdə bu ilin ən yaxşıları seçilib.

ANS PRESS-in məlumatına görə, Los-Ancelesdə American Music Awards 2015 musiqi mükafatlarının təqdimetmə mərasimi keçirilib. Dünyaca məşhur bu musiqi müsabiqəsində ilin ən yaxşı artisti, qrupu, mahnısı, və albomu seçilib. İkinci il ardıcıl olaraq One Direction” ən yaxşı artist və qrup seçilib. Abel Tesfaye (The Weeknd) “Beauty Behind the Madnes” adlı albomu ilə “ən yaxşı albom” və “ artist” nominasiyasının qalibi olub.

Ariana Qrande ilin ən yaxşı rok ifaçısı seçilib. İlin ən yaxşı rok qrupu “Fall Out Boy” və ilin dueti “Skrillex” ilə “Diplo” olub. Geyimi ilə mərasimdəki qonaqları özünə cəlb edən ifaçı Niki Minaj 2 mükafata sahib olub. O, ilin ən yaxşı hip-hop ifaçısı kimi və rep stilində albomuna görə qalib gəlib.

Amerikada dünyanın ən yaxşıları seçildi (FOTO)
Niki Minajın "İnstaqram" hesabı

İlin ən yaxşı mahnlısı: Teylor Svift, "Blank Space"
İlin ən yaxşı artisti: Sam Hant
İlin ən yaxşı kişi artisti : Ed Şiran
İlin ən yaxşı qadın aktirisası: Ariana Qrande
İlin ən yaxşı Latın Amerika artisti: Enriki İqlesias
İlin ən sevimli qadın müğənnisi : Rihanna


İlin ən yaxşı mahnısı: Teylor Svift, "Blank Space"

Gecəyə dünya şöhrətli Qven Stefani, Castin Biber , Cenifer Lopez kimi ulduzlar qatılıb. Onlar gözəl libasları ilə mərasimə rəng qatıblar.

Amerikada dünyanın ən yaxşıları seçildi (FOTO)
Qven Stefani

Amerikada dünyanın ən yaxşıları seçildi (FOTO)
Castin Biber


Cennifer Lopezin açılış mərasimindəki çıxışı

Bir neçə gün öncə Türkiyədə sənət və iş dünyasının ulduzlarının mükafatlandırma gecəsi olub. Türkiyənin ən yaxşı aktyoru ilə aktrisası “Kara para aşk” serialında çəkilən Engin Akyürək və Tuba Büyüküstün olub.

Ən yaxşı tok-şou - "Bəyaz Şou" (Beyazıt Öztürk)
Ən yaxçı aktrisa - Tuba Büyüküstün ("Kara para aşk")
Ən yaxşı aktyor - Engin Akyürek ("Kara para aşk")
Ən yaxşı xəbər aparıcısı - Fatih Portakal (Fox TV)
Ən yaxşı TV kanalı - TV8 (Acun İlıcalı)
Ən yaxşı serial - "Kiralık aşk"
Ən yaxşı yarışma proqramı - "O səs Türkiyə"
Ən yaxşı aparıcı - Öykü Serter
Ən yaxşı münsif - Gökhan Özoğuz
Ən yaxşı tematik kanal - National Geographic TV
Ən yaxşı şou biznes verilişi - "Cumartesi Sürprizi" Show TV

Amerikada dünyanın ən yaxşıları seçildi (FOTO)
Engin Akyürək və Tuba Büyüküstün