ANS PRESS-in məlumatına görə, ifaçı Castin Biberin “Purpose” adlı albomu sənətçiyə fantastik uğur qazandırıb. Pop musiqisinin tarixi ərzində ilk dəfə olaraq ifaçının albomundan 8 mahnı Britaniya hit paradına daxil olub. Britaniya pop musiqisinin tarixində heç vaxt belə hal təkrarlamayıb.
Əvvəl bu rekordun sahibi 1957-ci ildən rokn-rolun kralı Elvis Presli olub. Onun albomundan 7 mahnı Britaniya hit paradına düşmüşdü.

Elvis Presli - sənətçi
21 yaşlı gənç ifaçı Elvis Preslinin rekordunu yeniləsə də, onun “Purpose” albomu siyahıda 1-ci ola bilməyib. Zirvədə uzun müddətdir ki, “One Direction” qrupunun “Made In The A.M” adlı albomu yerini qoruyur.
Castin Biber - "Sorry"
Britaniya hit paradının 1-ci pilləsində isə Biberin “Sorry” adlı mahnısıdır. Adelin 3 il fasilədən sonra ifa etdiyi “Hello” mahnısı 2-ci yerdədir.
Kanadalı müğənni, aktyor və model C.Biber karyerası, "YouTube" video paylaşım saytına qoyduğu videoların 2008-ci ildə Skot Braun tərəfindən kəşf edilməsiylə başlayıb. Daha sonra Skot Braun Castin Biberin meneceri olub. 2010-cu ildə MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanıb.